Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov “Naxçıvan TV”yə açıqlama verib.
Sportal.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının da prezidenti olan Axundov “Araz-Naxçıvan”ın Konfrans Liqasında uğurlu çıxışından bəhs edib:
“Araz-Naxçıvan” “Aris” səddini keçdi. Bu da bütün komandanın işi idi. Hər bir naxçıvanlı kimi, mən də sevinirəm. İlk dəfədir komandamız avrokuboklara vəsiqə qazanıb. Heyətdə 60-70 faiz dəyişiklik edilib. Komandaya çox peşəkar oyunçular dəvət olunub. Motivasiya öz yerində, amma onlar da öz işini bilirlər. Bundan da böyük azarkeş kütləsi qarşısında çıxış etmiş oyunçularımız var. Onlar öz peşəkarlıqlarını Salonikidə bir daha göstərdilər. 25 min azarkeşin qarşsııda oynadılar. Komandanı təbrik edirəm”.
Qeyd edək ki, Bakıda "Aris"i 2:1 hesabı ilə üstələyən "Araz-Naxçıvan" səfərdə rəqibi ilə bərabərə qalmaqla (2:2) III raunda vəsiqə əldə edib.