"Fiorentina" "Çelsi"nin mərkəz müdafiəçisi Coş Açeamponqla maraqlanır.
Sportal.az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, Florensiya təmsilçisi 19 yaşlı futbolçunu transfer etmək hüququ ilə icarəyə götürməyi düşünür.
İtaliya klubu həmçinin London klubunda oyun praktikasından əziyyət çəkən 27 yaşlı müdafiəçi Aksel Disasi ilə də maraqlanır. Bu mövsüm Açeamponq bütün yarışlarda səkkiz oyunda meydana çıxıb və bir qol vurub. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Disasi bu mövsüm “Çelsi”nin əsas komandasında bir dəfə də olsun meydana çıxmayıb. Fransız futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.
saytlarin hazirlanmasi
