"Real"ın 2 futbolçusu Çempionlar Liqasındakı matçı buraxa bilərlər

21:06 - 18 Yanvar 2026

“Real”ın vingeri Rodriqo və müdafiəçisi Antonio Rüdiger Çempionlar Liqasında “Monako” ilə oyunu buraxa bilərlər.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, bugünkü məşq zamanı Rodriqo və Rüdiger əsas qrupdan ayrı çalışıblar. Böyük ehtimalla, onlar çərşənbə axşamı “Monako” ilə oyunda iştirak etməyəcəklər. Yekun qərar sabahkı məşqdən sonra veriləcək. Daha əvvəl hər iki futbolçu İspaniya Kubokunda “Albasete”yə və La Liqada “Levante”yə qarşı matçları da buraxmışdı.

Həmçinin “Monako”ya qarşı oyunda Eder Militao, Trent Aleksander-Arnold və Ferlan Mendi də oynamayacaqlar.

Xəbər xətti