"Ayaks" klubun texniki direktoru vəzifəsinə Yordi Kroyffu təyin edib.
Sportal.az xəbər verir ki, Kroyff fevralın 1-dən etibarən işə başlayacaq. Onunla bağlanan müqavilə 30 iyun 2028-ci ilədək qüvvədə olacaq.
Qeyd edək ki, 51 yaşlı Kroyff son vaxtlar İndoneziyada məsləhətçi vəzifəsində çalışıb. 2023-cü ilə qədər isə "Barselona"nın idman direktoru postunu tutub. O, həmçinin əfsanəvi futbolçu Yohan Kroyfun oğludur.
saytlarin hazirlanmasi
