"Borussiya" (Dortmund) "Bavariya"nın təşkil etdiyi "Legends Cup"ı qazanıb. Bugünkü Münhen turnirində altı komanda iştirak edib: "Bavariya", "Borussiya" (Dortmund), "Ayntraxt", "Real", "Yuventus" və "Seltik".
Sportal.az xəbər verir ki, finalda "Borussiya"nın legendlər komandası "Real"ı 3:2 hesabı ilə məğlub edib. Dortmund heyətində Mats Hummels 1 qol vurub, Sokratis Papastatopulos isə dubla imza atıb. Madridlilərdən Xose Kalyexon və Ruben de la Red fərqləniblər.
Üçüncü yer uğrunda oyunda isə "Bavariya" "Yuventus"a 9:4 hesabı ilə qalib gəlib. Münhenlilərdən Aryen Robben 4 qol vurub, Jürgen Klinsmann və Mario Mandjukiç isə hərəsi iki dəfə fərqləniblər.
saytlarin hazirlanmasi
