"Aprelə yaxın baxarıq" - Keyn rekord barədə danışdı

22:47 - 14 Fevral 2026

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqada Robert Levandovskinin bir mövsümdə vurduğu 41 qol rekordunu qırmaq şanslarını dəyərləndirib.

Sportal.az xəbər verir ki, hazırda Keynin hesabında çempionatın bitməsinə 12 tur qalmış 26 qol var.

“Hər şey mümkündür, amma qarşıda hələ uzun yol var. Bu, inanılmaz rekorddur. Hazırda yaxşı formadayam və komandaya kömək etmək xoşdur.

Aprelə yaxın baxarıq, onda bu barədə düşünməyə başlayaram. İndilik isə yalnız növbəti qolumu düşünürəm”, – deyə Keyn bildirib.

Xəbər xətti