"Kəpəz" "Turan Tovuz"a uduzdu, 35-ci oldu

12:55 - 6 Mart 2026

"Kəpəz" Azərbaycan kubokunda 35-ci məğlubiyyətini alıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, 1/4 finalın “Turan Tovuz”la görüşünə təsadüf edib. Qərb derbisində qeydə alınan 0:2 hesablı yenilgi Gəncə klubu üçün kubokda 35-ci olub.

"Kəpəz" 114-cü matçında bu qədər məğlubiyət alıb. Gəncə təmsilçisi evdə 16, səfərdə 19 dəfə uduzub.

Qeyd edək ki, Azərbaycan kubokunda yalnız “Neftçi” (43) və MOİK (42) daha çox məğlub olub.

Xəbər xətti