"Arsenal" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqanın liderinin əsas hədəfi "Nyukasl"da çıxış edən Sandro Tonalidir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Topçular"ın idman direktoru Andrea Berta italiyalı futbolçunun nümayəndələri ilə danışıqlara başlamağı planlaşdırır. Klubu 25 yaşlı dayaq yarımmüdafiəçisi üçün 100 milyon avrodan aşağı təklifləri dəyərləndirməyəcək.
Qeyd edək ki, "Nyukasl" Sandro Tonalini 2023-cü ilin yayında "Milan"dan 60 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm "sağsağanlar"ın heyətində meydana çıxdığı 44 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
