Millinin sabiq futbolçusunun səhmlərini aldığı klub C liqasına yüksəldi

12:47 - 29 Aprel 2026

"Ostia Mare" 35 ildən sonra C seriyasına geri qayıdıb.

Sportal.az xəbər verir ki, bu mövsümü İtaliya D seriyasında keçirmiş klub sona 4 tur qalmış geridönüş etməyi bacarıb.

2025-ci ildə klubun səhmlərini İtaliya millisinin və “Roma”nın sabiq futbolçusu Daniele De Rossi satın alıb.

Hazırda “Cenoa”nın baş məşqçisi olan De Rossi “Roma”ya keçməzdən əvvəl “Ostia Mare”nin gənclər komandasında oynayıb.

Gənc mütəxəssis komandanın növbəti hədəfinin B seriyasına yüksəlmək olduğunu yaxın ətrafına bildirib.

O, "Roma" və "Boka Xuniors"da futbolçu kimi çıxış edib. Məşqçi kiim isə SPAL və "Roma"nı çalışdırıb.

Xəbər xətti