Kasemiro Neymarın 2026 dünya çempionatına çağırılması ehtimalı barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Braziliya millisinin yarımmüdafiəçisi öz açıqlamasında komanda yoldaşı haqda bunları qeyd edib:
“Bu mövzu əsəbiləşdirir. Ona görə əsəbiləşdirir ki, hamı bu barədə danışır, hamı soruşur və cavab verir, bu, həqiqətən bezdiricidir. Xüsusilə də mənim üçün. Mən Neymarın yaxın dostuyam. Onunla 12 yaşımızdan birlikdə oynamışam. Və daim eyni sual: Neymar gedəcək, ya yox? Hamı buna ilişib qalıb.
Məncə, hər şey tam aydındır. Neymarın artıq heç kimə heç nə sübut etməsinə ehtiyac yoxdur.
Ançelotti də açıq şəkildə bildirib ki, məsələ fiziki vəziyyətlə bağlıdır, çünki istedad baxımından onun nə qədər yaxşı olduğunu müzakirə etməyə belə ehtiyac yoxdur.
Neymar heç vaxt özünü sərt biri kimi göstərməyə çalışmayıb. O, həmişə meydanda zövq almaq istəyən biri olub. Düşünürəm ki, əgər onunla dünya çempionatında oynamaq istəyi barədə danışsalar, Ançelotti ona hətta ehtiyat oyunçular skamyasında yer təklif etsə belə, o, getmək istəyəcək.
Bu məsələni Ançelotti həll etməlidir və dünyada bundan daha yaxşı, daha təcrübəli məşqçi yoxdur. Əminəm ki, o, hansı qərarı versə, bu, həmişə komandanın xeyrinə olacaq".
saytlarin hazirlanmasi
