"Sabah" çempion oldu - ardıcıl 4-cü dəfə

22:53 - 5 May 2026

“Sabah” ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.

Sportal.az xəbər verir ki, turnirin final seriyasının üçüncü oyununda “Abşeron Lions”u üstələyən “bayquşlar” 2025/2026 mövsümünün qızıl medallarına sahib çıxıblar.

Bakı İdman Sarayında baş tutan görüş “Sabah”ın 108:95 hesablı qələbəsi ilə bitib. Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi – 98:93, 112:84.

Xəbər xətti