Mayın 8-10-da Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Sportal.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən baş tutacaq yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu (6 kişi, 5 qadın) ilə təmsil olunacaq.
İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) mübarizə aparacaq.
Kişilər
66 kq
Rəşad Yelkiyev
Turan Bayramov
73 kq
Rəşid Məmmədəliyev
90 kq
Aslan Kotsoyev
+100 kq
Camal Feyziyev
Uşanqi Kokauri
Qadınlar
48 kq
Könül Əliyeva
Şəfəq Həmidova
52 kq
Gültac Məmmədəliyeva
Leyla Əliyeva
70 kq
Südabə Ağayeva
saytlarin hazirlanmasi
