İngiltərənin "Çelsi" klubu baş məşqçi postu üçün axtarışları davam etdirir.
Sportal.az xəbər verir ki, London təmsilçisinin əsas namizədi Xabi Alonsodur. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Premyer Liqa nəhəngi artıq ispaniyalı mütəxəssislə danışıqlara başlayıb. "Çelsi"nin planı dünya çeempionatı başlayanadən 44 yaşlı məşqçi ilə razılıq əldə etməkdir.
Qeyd edək ki, Xabi Alonsonun son iş yeri "Real" olub. O, yanvarın 12-də Madrid klubundan ayrılıb.
saytlarin hazirlanmasi
