"Bolonya" İngiltərə klublarında 45 milyon avro tələb edir

12:48 - 16 May 2026

"Bolonya"nın futbolçusu Conatan Rou ölkəsinə qayıda bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "TEAMtalk" məlumat yayıb.

İtaliya klubu Rou üçün 45 milyon avro təzminat tələb edir. Bundan aşağı təkliflər dəyərləndirilməyəcək.

Qeyd edək ki, "Bolonya" Conatan Rounu 2025-ci ilin yayında "Marsel"dən 17 milyon avroya ttransfer edib. 23 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti