David Silva 40 yaşında karyerasını bərpa etdi

19:06 - 7 Oktyabr 2026

David Silva 40 yaşında peşəkar karyerasını bərpa edib.

Sportal.az xəbər verir ki, ispaniyalı hücumameyilli yarımmüdafiəçi Honkonqda çıxış edəcək.

Silva "Şatin"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Valensiya", "Eybar", "Selta", "Mançester Siti" və "Real Sosyedad"da çıxış etmiş David Silva 2023-cü ildə karyerasını başa vurmuşdu.

Xəbər xətti