"Sanderlend" Avropanın bir neçə klubunun transfer siyahısında yer alan Brayan Brobbinin müqaviləsinin müddətini artırıb.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Niderland milli komandasının hücumçusu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Sanderlend" Brayan Brobbini 2025-ci ilin yayında "Ayaks"dan 20 milyon avroya transfer edib. 24 yaşlı forvard cari mövsümdə "qara pişiklər"in heyətində meydana çıxdığı 8 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi
