Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 8-ci tura start verilib.
Sportal.az xəbər verir ki, turun ilk günündə 2 qarşılaşma baş tutub. "Qəbələ" səfərdə "İnter"i məğlub etməyi bacarıb. "Qarabağ" isə evində "Sumqayıt"ı 6 cavabsız qolla məyus edib.
“İnter” 0-1 “Qəbələ”
QOLLAR: Tellur Mütəllimov, 17
“Qarabağ” 6–0 “Sumqayıt”
QOLLAR: Vüqar Nadirov, 4, 10; İbrahim Aslanlı, 8; Nicat Abbasov, 60; Ruslan Hacıyev, 64; Şahin Əliyev, 89
