Andre Villaş-Boaş alman dilini niyə öyrənir?

17:20 - 31 Oktyabr 2016

“Zenit”in sabiq baş məşqçisi Andre Villaş-Boaş Almaniyada komanda çalışdıra bilər.

 

Sportal.az xəbər verir ki, cari mövsüm Bundesliqada işləri yaxşı getməyən “Volfsburq” klubu 39 yaşlı portuqaliyalı mütəxəssisə təklif göndərib.

 

Bu razılığın əldə olunması üçün tərəflər arasında ilkin danışıqlar aparılıb. Son yayılan məlumatlara görə, Bendesliqa təmsilçisinə başçılıq etməyə hazırlaşan Villaş-Boaş artıq indidən alman dilini öyrənmək üçün kurslara qatılıb.

 

Qeyd edək ki, portuqaliyalı mütəxəssis vaxtıyla “Portu”, “Çelsi” və “Tottenhem” komandasına başçılıq edib.       

Xəbər xətti