“Qəbələ” “Sumqayıt”ı minimal hesabla məğlub etdi

00:20 - 2 Aprel 2018

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunmuş ölkə birinciliyində 21-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Qəbələ” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Meydan sahibləri bu görüşdə minimal hesabla üstün olublar.

 

Əvəzedicilərin çempionatı, 21-ci tur

1 aprel

 

"Qəbələ" - "Sumqayıt" – 1:0

Qol: Rüstəm Nuriyev, 85
Hakimlər: Anar Göyçayski, Tural Bayramov, Eyyub İbrahimov, İslam Məmmədov
Qəbələ şəhər stadionu, ehtiyat meydança, 15:00

Xəbər xətti