"Kəpəz" "Qəbələ"ni xalsız yola saldı

17:56 - 5 Aprel 2018

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 19-cu turdan təxirə salınmış bir oyun keçirilib.

 

Sportal.az xəbər verir ki, lider “Qəbələ” səfərdə “Kəpəz”lə qarşılaşıb. Yevlaxda baş tutan oyunda Gəncə təmsilçisi minimal hesabla qalib gəlib.

 

Əvəzedicilərin çempionatı
19-cu turun oyunu
5 aprel

 

“Kəpəz” - “Qəbələ” 1:0
Qol:
Şöhrət Quliyev, 55.
Hakimlər: Fərid Məmmədov, Kənan Məlikov, Ruslan Babayev, Vüsal Əliyev
Yevlax şəhər stadionu, 15:00.

Xəbər xətti