İngiltərə klubu "Qalatasaray"ın futbolçusunu geri qaytaracaq

14:18 - 26 Mart 2024

“Aston Villa” “Qalatasaray”dan Nikolo Zaniolonun transfer hüququna yiyələnməyəcək.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, italiyalı futbolçu Birmingem klubunun məşqçilər korpusunun etimadını qazana bilməyib.

Ona görə də, Zaniola üçün “Qalatasaray”la danışıq aparılmayıb. Belədə, yarımmüdafiəçi mövsümü başa çatdıqdan sonra Türkiyə klubuna qayıdacaq.

Birmingem komandası 24 yaşlı italiyalını türk klubundan almağı planlaşdırmır. İtaliya millisinin üzvü 2027-ci il iyunun 30-na qədər “Qalatasaray”a məxsusdur.

Xəbər xətti