Bölgə klubunun azarkeşləri hakimləri təhqir etdi, AFFA xəbərdarlıqla kifayətləndi

15:18 - 27 Mart 2024

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, II Liqa oyunlarında qeydə alınmış məsələlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:

II Liqa XVIII tur

23.03.2024-cü il tarixində II Liqada XVIII turun “Lerik” – “Sheki City” oyununun 48-ci dəqiqəsində “Sheki City” klubunun 4 nömrəli futbolçusu Süleyman Rauflu rəqibi aşkar qol imkanında məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sheki City” klubu 80 manat cərimə edilir (maddə 41);

24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kürmük Qax” – “Dinamo” oyununun 89-cu dəqiqəsində “Kürmük Qax” klubunun 85 nömrəli futbolçusu Cavidan Ömərli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kürmük Qax” klubu 50 manat cərimə edilir (maddə 36.5);

24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kürmük Qax” – “Dinamo” oyununda “Kürmük Qax” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kürmük Qax” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Şahdağ Qusar” oyununda “Kür-Araz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilir (maddə 37);

24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Cəbrayıl” oyununun 90+4-cü dəqiqəsində “Kür-Araz” klubunun 77 nömrəli futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kür-Araz” klubu 50 manat cərimə edilir (maddə 36.5);

24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şahdağ Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);

24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Şahdağ Qusar” oyununun 83-cü dəqiqəsində “Şahdağ Qusar” klubunun 7 nömrəli futbolçusu Salman Atluxanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilir (maddə 36.5);

24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kür-Araz” klubu 80 manat cərimə edilir (maddə 51.2).

Xəbər xətti