"Karvan" heç-heçə etdi, "Qaradağ Lökbatan" və "Araz Saatlı"dan qələbə

17:53 - 28 Mart 2024

Futbol üzrə Azərbaycan I Liqasında XIX tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lider "Qaradağ Lökbatan" "İrəvan"ı, "Araz Saatlı" isə "Mingəçevir"i məğlub edib. "Karvan" - "Difai Ağsu" görüşündə heç-heçə qeydə alınıb.

"Qaradağ Lökbatan" - "İrəvan" 3:0
Qollar:
Seyxan Fərəcov, 35, Balamirzə Soltanov, 72 (avtoqol), Xəlil Bəşirov, 85

"Araz Saatlı" - "Mingəçevir" 4:0
Qollar:
 Sequn Omotoşo, 37, Ravil Yusifli, 42, Həmzə Əliyev, 85, Elnur Mustafazadə, 90

"Karvan" - Difai Ağsu" 0:0

Xəbər xətti