Antoni "Betis"də qalacaq?

23:38 - 11 İyun 2025

"Betis" Antonini "Mançester Yunayted"dən daha bir mövsümlük icarəyə götürmək istəyir.

Sportal.az xəbər verir ki, "Daily Mail"in məlumatına görə, ispaniyalılar vingerlə bağlı uğurlu icarədən sonra "Mançester Yunayted"lə yeni müqavilə barədə danışıqları davam etdirmək niyyətindədirlər. Klub təxminən 35 milyon funt sterlinq dəyərində satınalma imkanı ilə növbəti icarə təklif etməyə hazırdır.

Antoni "Betis"in heyətində keçirdiyi 26 matçda ümumilikdə 14 qol epizodunda iştirak edib (qol və assist birlikdə). Müqayisə üçün, "Mançester Yunayted"dəki 96 oyununda onun hesabında 12 qol və 5 məhsuldar ötürmə var.

Qeyd olunur ki, "Mançester Yunayted" braziliyalı futbolçunun başqa kluba daimi transferini üstün tutur və onun satılmasına ümid edir.

Xəbər xətti