"Sabah"ın Çempionlar Liqasındakı matçlarının vaxtı açıqlandı

11:17 - 8 İyul 2025

Basketbol üzrə Azərbaycan çempionu “Sabah”ın Çempionlar Liqasının müntəzəm mövsümünün B qrupunda oyunlarının tarixi və başlama saatı müəyyənləşib.

Sportal.az xəbər verir ki, 3 qat Azərbaycan çempionunun rəqibləri “Alba” (Almaniya) və “Nimburk” (Çexiya), eləcə də 3-cü təsnifat qrupunun qalibi daha sonra müəyyənləşəcək.

7 oktyabr
21:30 “Nimburk” – “Sabah” 

15 oktyabr
21:00 “Sabah” – “Alba”

29 oktyabr
3-cü təsnifat qrupunun qalibi – “Sabah” (oyunun vaxtı daha sonra açıqlanacaq)

12 noyabr
20:00 “Sabah” - 3-cü təsnifat qrupunun qalibi

10 dekabr
20:00 “Sabah” – “Nimburk” 

16 dekabr
22:00 “Alba” – “Sabah” 

Oyunların başlama vaxtı Bakı vaxtı ilə qeyd olunub. 

Xəbər xətti