“Səbail”in futbolçusu Rüfət Abdullazadənin “Vansspor”a mümkün keçidi haqda xəbər vermişdik.
Sportal.az saytına verilən məlumat görə, 2025/2026 mövsümündən Türkiyə birinci liqasında mübarizə aparacaq klub Abdullazadə üçün “Səbail”ə ödəniş etməli olacaq.
Buna səbəb odur ki, yarımmüdafiəçinin Bayıl təmsilçisi ilə hələ 1 illik müqaviləsi qüvvədədir.
Hazırda tərəflər arasında danışıqlar gedir. “Səbail”in Rüfətin transferindən 50-60 min dollar arası gəlir əldə edəcəyi gözlənilir.