"Sabah"ın oyununun biletləri satışa çıxarıldı

14:53 - 8 İyul 2025

"Sabah"ın Avropa Liqası 1-ci təsnifat mərhələsinin "Çelye" ilə keçirəcəyi cavab oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, Sloveniyada baş tutacaq matçda böyüklər üçün biletlərin qiyməti 15 avro təşkil edəcək. Uşaqlar üçün isə qiymət 7 avro təyin olunub.

Qarşılaşma 17 iyul tarixində təşkil olunacaq.

Qeyd edək ki, "Sabah"ın "Çelye" ilə ilk oyunu iyulun 10-da Bakıda baş tutacaq.

Xəbər xətti