UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, İsveçrənin Nion şəhərində təşkil olunan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqiblərinin adına aydınlıq gəlib.
Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində "Şkendiya" səddini keçsə, pley-off da "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqust tarixlərində baş tutacaq.
saytlarin hazirlanmasi