AFFA tərəfindən "İmişli" və "Karvan-Yevlax" klublarına edilən güzəştdən sonra "Şamaxı" da oxşar müraciətlə federasiyanın "qapısını döyüb". "Şamaxı" I Liqadan gələn klublar kimi yox, yalnız əvəzedicilər liqasında iştirakdan azad olunmağa güzəşt istəyib.
Sportal.az-ın əldə etdiyi məlumata görə, AFFA "Şamaxı"ya "yox" cavabı verib. Federasiya "Qəbələ"nin də eyni istəyini geri çevirib.
Qeyd edək ki, AFFA qarşıdakı mövsüm "İmişli" və "Karvan-Yevlax" klublarını əvəzedicilər liqası, U-19, U-17, U-16 Liqasında iştirakdan azad edib.
saytlarin hazirlanmasi