Mark-Andre ter Ştegeni "Jirona"ya icarəyə verməyə hazırlaşan "Barselona" heyətinə yeni qapıçı cəlb edəcək.
Sportal.az xəbər verir ki, İspaniya çempionunun əsas hədəfi "Real Sosyedad"da çıxış edən Aleks Remirodur. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Barselona" İspaniya millisinin üzvünü heyətinə qatmaqla qapı xəttində rəqabəti artırmağı planlaşdırır. Klubu 1,5 illik müqaviləsi qalan 30 yaşlı qolkiperi 10 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, 2019-cu ilin yayından "Real Sosyedad"da çıxış edir. Təcrübəli "əlcək sahibi" bu mövsüm La Liqa təmsilçisinin heyətində 20 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
