"Kristal Pelas"ın Jan-Filip Mateta üçün yüksək məbləğdə təzminat tələb etməsi "Yuventus"u alternativ namizədə yönəldib.
Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin hazırda əsas hədəfi "Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiridir. Bu barədə"The Athletic" nəşri məlumat yayıb.
"Ağ-qaralar" yaxın günlərdə mərakeşli forvard üçün İstanbul klubuna rəsmi təkliflə müraciət edəcək. "Yuevntus" 28 yaşlı futbolçunun transferini qısa zaman ərzində yekunlaşdırmağı planlaşdırır.
Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini 2019-cu ilin iyulunda "Sevilya"dan 19,5 milyon avroya transfer edib. Təcrübəli hücumçu bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
