PSJ-nin futbolçusu Li Kan İn karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Atletiko" cənubi koreyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Madrid klubunu idman direktoru Matye Alemani Kan İn üçün Fransa nəhəngi ilə danışıqlar aparmağı planlaşdırır. "Atletiko" 24 yaşlı oyunçunu transfer etmək və ya icarəyə götürmək variantlarını nəzərdən keçirir.
Qeyd edək ki, PSJ Li Kan İni 2023-cü 9ilin yayında "Malyorka"dan 22 milyon avroya transfer edib. Cənubi Koreya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
