Millimizin üzvü oynadı, komandası Türkiyədə heç-heçə etdi

09:17 - 21 Yanvar 2026

Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın "Arda" klubunun Türkiyədə təlim-məşq toplanışı start götürüb.

Sportal.az xəbər verir ki, Krcaali təmsilçisi dünən ilk yoxlama matçında qüvvəsini sınayıb.

Hüseynovun komandası Ukraynanın "Kudryovka" kollektivi ilə üz-üzə gəlib.

Yığmamızın müdafiəçisi 1:1 hesabı ilə başa çatan qarşılaşmada meydana start heyətində çıxıb.

"Arda" Antalyada yoxlama görüşləri çərçivəsində "Viçista" (Polşa), "Ufa" (Rusiya) və "Neftçi" (Öbzəkistan) komandaları ilə üz-üzə gələcək.

Xəbər xətti