"Lionsgate" "Mançester Yunayted" haqqında serial üzərində işləyəcək.
Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, "mankunianlar" Amerika kino və televiziya şirkəti ilə klubun çoxillik tarixini dramatik janrda nəql edəcək serialın hazırlanması barədə razılığa gəliblər. Nümunə kimi Böyük Britaniya kraliçası II Yelizavetaya həsr olunmuş "The Crown" (“Tac”) serialı göstərilir.
Teleşounun istehsalı hazırda ilkin mərhələdədir. Hələ ssenari yoxdur və striminq platformaları ilə də razılaşma imzalanmayıb. Əgər serial işıq üzü görərsə, "Mançester Yunayted" bir neçə milyon funt gəlir əldə edəcək, royalti isə klub və "Lionsgate" arasında bölüşdürüləcək.
Qeyd edək ki, razılaşmanın əldə olunmasında rejissor və ssenarist Cedd Merkurio ((Bodyguard", "Line of Duty") də iştirak edib. O, "qırmızı şeytanlar"ın uzun illərdir azarkeşidir.
saytlarin hazirlanmasi
