"Hakimin qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı" - Prezident "Qarabağ"ı təbrik etdi

00:53 - 22 Yanvar 2026

Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" futbol klubunu Çempionlar Liqasında "Ayntraxt"ı məğlub etmək münasibətilə təbrik edib.

Sportal.az xəbər verir ki, bu barədə dövlət başçısı rəsmi sosial şəbəkə hesabında yazıb:

"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə "Qarabağ"ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!"

Xəbər xətti