"Siz Bethovenə üstünlük verərdiniz, yoxsa Motsarta?" - millimizin sabiq baş məşqçisi

22:58 - 13 Fevral 2026

Azərbaycan yığmasının sabiq baş məşqçisi Fernando Santuş Kriştiano Ronaldo ilə Lionel Messi arasında seçim etməyib.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis öz açıqlamasında bunları qeyd edib:

“Dahiləri müqayisə etmək olmaz. Siz Bethovenə üstünlük verərdiniz, yoxsa Motsarta? Onlar təbiətən dahidirlər. Bəlkə də kimlərsə Messinin, kimlərsə isə Ronaldonun oyun üslubunu daha çox bəyənir. Amma məsələ belədirsə, baxmalı olduğumuz yeganə şey qazandıqları titullardır. Və bu baxımdan Kriştiano üstünlük təşkil edir."

Xəbər xətti