Rusiya mətbuatı Avropada mövsümü vaxtından əvvəl çempion kimi başa vuran komandalar və liqalardan yazarkən, "Sabah"ı da unutmayıb.
Sportal.az xəbər verir ki, “Sport Ekpress” nəşri Azərbaycanın yeni çempionu olan “Sabah” barədə bunları yazıb:
"Ötən mövsüm Vasili Berezutski "Sabah"a tarixdə ilk trofeyini - Azərbaycan kubokunu qazandırmışdı. Rusiyalı məşqçi yayda baş məşqçi postundan istefa vermişdi. Bu dəfə isə "Sabah" tarixində ilk dəfə ölkə çempionu oldu. Bunu mövsümün sonuna 4 tur qalmış reallaşdırdılar. Çempionlar Liqasının pley-off mərhələsinin iştirakçısı olmuş "Qarabağ" isə yalnız ikinci yerdədir".
Qeyd edək ki, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionluğunu bayram edib.
