2026/2027 mövsümündə Avropa Liqasında mübarizə aparacaq "Qarabağ" turnirə I təsnifat mərhələsində başlayacaq.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin reytinq xalı çox olduğundan püşkatmada səpələnmişlər arasında yerini tutacaq.
Artıq Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin potensial rəqiblərindən bəziləri dəqiqləşib.
Belə ki, "Qarabağ"ın mümkün potensial üç rəqibi aşağıdakılardır:
Derri Siti (İrlandiya)
Aluminiy (Sloveniya)
Vestri (İslandiya)
Avropa Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 16-da baş tutacaq.
saytlarin hazirlanmasi
