"Fənərbaxça" qapıçı Tarık Çetinin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı qolkiperlə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Tarık Çetin "Fənərbaxça"nın yetirməsidir. Təcrübəli "əlcək sahibi" cari mövsümdə Super Liqa təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
