"Lill"in futbolçusu Azərbaycan klubuna keçir

15:16 - 16 May 2026

"Lill"in futbolçusu Yunes Laşab karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşrinin əməkdaşı Luik Tanzi məlumat yayıb.

"Sabah" fransalı vingeri transfer etmək istəyir. Xəbərdə Azərbaycan çempionunun yaxın vaxtlarda Laşabla müqavilə imzalayacağı bildirilib.

Yunes Laşab "Lill"in yetirməsidir. 21 yaşlı oyunçu Liqa 1 təmsilçisinin əvəzedici komandasında çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Sabah" 2025-ci ildə "Lill"dən Aron Maludanı icarəyə götürüb, daha sonra fransalı futbolçunun transfer hüquqlarına yiyələnib.

Xəbər xətti