"Fənərbaxça" "Borussiya"nın hücumçusu ilə anlaşdı

18:26 - 16 May 2026

"Borussiya"nın hücumçusu Seru Qirassi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" qvineyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

İstanbul nəhəngi Qirassi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Fənərbaxça" 30 yaşlı forvard üçün Almaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Seru Qirassi cari mövsümdə "Borussiya"nın heyətində meydana çıxdığı 46 rəsmi matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Dortmund təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır.

Xəbər xətti