"Mançester Yunayted"dən kapitanla bağlı qərar

19:32 - 2 Sentyabr 2026

"Mançester Yunayted" rəhbərliyi kapitan Bruno Fernandeşin gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" portuqaliyalı futbolçu ilə əməkdaşlığı uzatmaq qərarına gəliblər. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Mankunianlılar artıq 31 yaşlı yarımmüdafiəçiyə 2029-cu ilin yayına qədər nəzərdə tutulmuş yeni müqavilə ilə bağlı rəsmi təklif göndəriblər. ​Tərəflər arasındakı mövcud anlaşma 2027-ci ilin iyun ayının sonunda başa çatır.

Qeyd edək ki, Bruno Fernandeş ​İngiltərə Premyer Liqasının cari mövsümündə 2 matçda iştirak edib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti