Sentyabrın 6-da Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxarılır.
Sportal.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12:00-dan etibarən əldə edə bilərlər.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 5–20 manat aralığındadır.
Biletləri iTicket.az-da onlayn, həmçinin matç günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkün olacaq.
Görüş saat 20:15-də start götürəcək.
QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

