"Barselona" UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turunda "Sabah"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, İspaniya çempionu oyun üçün Bakıya yola düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sabah saat 19:15-də Kataloniya təmsilçisinin baş məşqçisi Hans Flikin mətbuat konfransı, 20:00-da isə komandanın media üçün açıq məşqi baş tutacaq.
Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

