"Azərbaycan klubları "Qarabağ"la qarşılaşanda sanki onları qoruyaraq oynayır"

21:31 - 29 Mart 2024

"Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 28-ci turunun "Qarabağ"la matçından sonra mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, o, komandasının 1:6 hesablı məğlubiyyətini şərh edib. Həmçinin Ağdam klubunun çempionluğu haqda da danışıb:

"Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Amma bu, bu gün üçündür. Səhvlərdən nəticə çıxarıb, irəli baxmalıyıq. Gələcək turlarda daha aqressiv, daha istəkli olmalı, rəqibi qorumadan oynayan komanda kimi görünməliyik. Azərbaycan klubarı "Qarabağ"la qarşılaşanda sanki onları qoruyaraq oynayır. Amma Azərbaycan çempionatında belə bir şey olmamalıdır. Hər kəs öz komandasının oyununu oynamalı, aqressivliyini, istəyini digər komandalara qarşı necə göstərirlərsə, "Qarabağ"a qarşı da elə göstərməlidirlər. Bu gün "Qarabağ" çempion oldu. Amma bu gün oldu. Gələcək çempionatlarda daha güclü, daha istəkli komandalar oynamalıdır və sona 8 tur qalmış hansısa komanda çempion olmamalıdır. Məncə, bu artıq sondur".

Xəbər xətti