Millimiz Gürcüstanla heç-heçə etdi

19:53 - 10 İyun 2025

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

Sportal.az xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə başa çatıb. Millimizin heyətində qolu 26-cı dəqiqədə Səttar Tahirzadə vurub.

Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.

Xəbər xətti