Bellingemin yeni klubu bəlli oldu - RƏSMİ

16:40 - 10 İyun 2025

Almaniyanın "Borussiya" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi "Sanderlend"dən Cob Bellingemi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Borussiya" 19 yaşlı yarımmüdafiəçi üçün onun klubuna 33+5 milyon avro təzminat ödəyəcək. İngiltərə U-21 millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Cob Bellingem "Real"da çıxış edən Cud Bellingemin qardaşıdır.

Xəbər xətti