"Mançester Siti" qapıçı transfer etdi

20:25 - 10 İyun 2025

"Mançester Siti" heyətinə yeni qapıçı cəlb edib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Çelsi"dən Markus Bettinellini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Mançester Siti" İngiltərə millisinin sabiq üzvü ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Markus Bettinelli 2021-ci ilin yayından "Çelsi"də çıxış edirdi. 33 yaşlı qolkiper ötən mövsüm London təmsilçisinin heyətində rəsmi oyunlarda iştirak etməyib.

Xəbər xətti