"Mançester Siti" futbolçu ilə 5 illik müqavilə imzaladı - RƏSMİ

22:09 - 10 İyun 2025

Rayan Şerki "Mançester Siti"yə transfer olunub.

Sportal.az xəbər verir ki, İngiltərə klubu "Lion"un yarımmüdafiəçisinin transferini elan edib. Tərəflər 2030-cu ilə qədər müqavilə bağlayıblar.

Transferin dəyəri 36,5 milyon avrodur. Əlavə olaraq, 6 milyon avro bonus şəklində ödənilə bilər. Həmçinin "Lion" futbolçunun növbəti transferindən 15% pay alacaq.

Ötən mövsüm Liqa 1-də Rayan 30 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti