Emin Mahmudov: "Macarıstan bizdən daha yaxşı oynadı, qələbəyə layiq idilər" - MÜSAHİBƏ

11:06 - 11 İyun 2025

Azərbaycan millisinin kapitanı Emin Mahmudov Sportal.az saytına müsahibə verib.

- Macarıstana qarşı keçirilmiş görüşü necə şərh edərdin?

- Macarıstan çox səviyyəli komandadır. Oyunumuz bəzən alınmırdı. Biz istəyirdik ki, əks-hücumlarda daha yaxşı oynayaq. Sonlarda istədik ki, rəqibi öz meydanında sıxaq. Epizodlarımız var idi. Amma vura bilmədik. Macarlar bizdən daha yaxşı oynadılar və qələbəyə layiq idilər.

- Səviyyə fərqi hiss olunurdu?

- Təəssüf ki, bizdə Şoboşlay kimi futbolçu yoxdur. Hansı ki, hər mövqedən, yerindən, 50 metrdən ötürmə verə bilir. Ona görə də çətin idi. İşləmək lazımdır. 

- Macarıstan İslandiya və Ukrayna səviyyəsində komandadır. Macarlara qarşı evdə bir şey edə bilmiriksə, seçmə oyunlarda necə olacaq?

Sonlarda qol epizodlarımız var idi. Heç-heçəni qazana da bilərdik. Amma çalışacağıq ki,daha yaxşı hazır olaq.

- Bizim 5-6, Macarıstanın isə qapıya 25 zərbəsi var...

Əlbəttə ki, fərq var. Çalışacağıq ki, daha yaxşı oynayaq. Daha yaxşı oynaya bilərik.

- Bir ildir ki, komanda qalib gələ bilmir...

Başa düşürəm. Azarkeşlərimiz də qələbə gözləyir. Təəssüf ki, belə alınır. Gələcəkdə daha yaxşı olacağına inanıram.

- Mətbuatda yayılan məlumata görə, milli bu oyunda uduzsa, Fernandu Santuşla yollar ayrılacaq. Matçdan sonra sizinlə sağollaşmadı?

Mənim xəbərim yoxdur. Məşqçinin qalıb-qalmaması məsələsi bizim işimiz deyil. Biz işimizə davam edirik. Bizim işimiz Azərbaycan üçün ən yaxşısını etməkdir.

Mirbağırağa

Xəbər xətti